Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyanın iclası keçirildi

09:52 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Bakıda Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyanın birinci iclası keçirildi.

Vergilər Nazirliyindən alınan məlumatda deyilir ki, Azərbaycan tərəfdən Birgə Komissiyanın  həmsədri, vergilər naziri Fazil Məmmədov, Xorvatiya tərəfdən isə Birgə Komissiyanın həmsədri, baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdilər. 

“Ölkələrimiz arasında 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 284,7 mln. ABŞ dolları təşkil edib ki, bunun da 51,2 mln. dolları idxalın, 233,5 mln. dolları ixracın payına düşüb. 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 mln. ABŞ dolları həcmində olub”, - məlumatda belə deyilir.

Qeyd olunub ki, Azərbaycan və Xorvatiya energetika, sənaye, nəqliyyat, turizm, İKT, təhsil və idman sahələrində əməkdaşlıq üçün yaxşı potensiala malikdirlər.

 

Bütün xəbərlər