AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

01.05.2019,23:09


1 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, mayın 1-də AMB 50100176S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99,4773 AZN (6,76%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 525 747,1  min AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət  99,4773 AZN (6,76%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində  200 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir. 

Notların ödəmə tarixi: 29 may  2019-cu il.