330x110
 

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək

03.05.2019,15:02


3 may, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" ASC-nin məlumatına əsasən, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar, mayın 4-də şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08:40-da yola düşən 6012 nömrəli, saat 09:05-də yola düşən 6014 nömrəli, saat 09:50-də yola düşən 6016 nömrəli, saat 16:55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16:00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.