ARPA-nın Mühasibat Uçotu üzrə Komitəsinin növbəti iclası keçirildi

15:49 - 3.05.2019


3 may, Fineko/abc.az. Peşəkarlığı ilə seçilən mühasiblərin təmsil olunduğu Mühasibat Uçotu üzrə ARPA Komitəsinin növbəti iclası 2 may 2019-cu ildə ARPA-nın inzibati binasında keçirilmişdir. İclasın keçirilməsində əsas məqsəd Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkili nəzərdə tutulan “Peşəkar mühasib” sertifikasiyası imtahanlarına hazırlıq prosesivə hazırlıq kursunun səmərəli təşkilinə dair təkliflərin müzakirəsi, təlim proqramına daxil olan mövzularla bağlı fikir mübadiləsinə nail olmaq olmuşdur.

İclasa sədrlik edən Mühasibat Uçotu üzrə ARPA Komitəsinin sədri, eyni zamanda Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri Firudin Sultanov 4 May 2019-cu ildən etibarən ARPA-nın başlayacağı “Peşəkar mühasib” hazırlıq kursu ilə bağlı mühüm məqamlar barədə məlumat vermiş, hazırlıq kursuna daxil olan modullar və mövzularla bağlı iclas iştirakçılarının təklif və əlavələrinin mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.

İclasda ARPA-nın “Peşəkar mühasib təşkilatı” kimi gələcəkdə reyestrdən keçməsi və mühasiblərin maraqlarını müdafiə edən təşkilata çevrilməsi imkanları müzakirə olunmuş, müvafiq sahədə qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və mühasiblərin peşəkarlılığın artırılmasında ARPA İctimai Birliyininrolunun genişləndirilməsikimi məsələlərə toxunulmuşdur.

İclasda xüsusilə universitet tələbələri üçün maliyyə və mühasibat uçotu tədris proqramında dəyişikliyin vacibliyi qeyd olunmuş və 2020-ci ildən etibarən tələbələr üçün daha yığcam və günün tələblərinə cavab verən tədris proqramlarının hazırlanacağı və tətbiqi barədə məlumat verilmişdir.

Qeyd edək ki, ARPA hazırda fəaliyyət sahəsi üzrə ölkədə baş verən ən son yeniliklər barədə ictimaiyyətin maarifləndirilməsi işinə töhfə verən ən mühün qeyri-hökumət təşkilatlarından biri kimi fəaliyyətini davam etdirir.

           


Bütün xəbərlər