İlham Əliyev yenidən qurulan Suqovuşan-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib

10:05 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində bir sıra obyektin açılışında iştirak edib.

Prezident, bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılış mərasimində iştirak edib.

Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir.

 

Bütün xəbərlər