17:45 - 3.05.2019
3 may, Fineko/abc.az. Bank VTB (Azərbaycan)-ın “Əcəmi”, “Gənclik” və “Neftçilər” filialları yeni iş rejiminə keçir. Yeni qrafikə əsasən, şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşən bankın 3 filialı həftənin 6 günü işləyəcək.
Filialların iş rejimi: həftə içi saat 09.00-dan 19.00-dək; şənbə günləri: saat 10.00-dan 16.00-dək.
Bankın bu filialları müştərilərinə xarici valyutada olan kreditlər üzrə kompensasiya ödənişinə davam edəcək, eləcə də müştərilərə cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi xidmətlər göstərəcək. Filiallara kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024