Birinci rübdə Azərbaycanda 52,7 milyon manat həcmində ipoteka krediti verilib

11:31 - 6.05.2019


6 may, Fineko/abc.az. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun bank-agentləri 52,7 milyon manat ipoteka krediti veriblər.

Azərbaycan Mərkəzi Bankı (AMB) məlumatlarına görə, martda ipoteka kreditləri 16,2 milyon manat təşkil edib.

"Hesabat dövründə 70,9 milyon manat həcmində ipoteka kreditləri təkrar maliyyələşdirilmişdir", - məlumatda belə deyilir.

AMB-dan bildirildi ki, hesabat dövründə Fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almamışdır, lakin istiqrazların yerləşdirilməsindən 20 milyon manat məbləğində vəsait cəlb etmişdir.

 

Bütün xəbərlər