İlham Əliyev Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində həlak olanlarla bağlı başsağlığı verib

06.05.2019,12:03


6 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı RF prezidenti Vladimir Putinə başsağlığı bildirib.

“Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi”, - başsağlığı mətnində belə deyilir.

İlham Əliyev həlak olanların ailələrinə və yaxınlarına, bütün Rusiya xalqına başsağlığı diləklərini çatdırdı və yaralananlara tez bir zamanda bərpa olunmasını arzuladı.

Mayın 5-i axşamı "Aeroflot" şirkətinin Moskvadan Murmanska uçan Superjet-100 təyyarəsi Şeremetevo hava limanına qayıtmış və burada qəza enişi edərək alovlanmışdır. Təyyarədə olan 78 nəfərdən 41-i aviaqəzada həlak olmuşdu.