Neftin qiymətləri yüksəlir

11:35 - 7.05.2019


7 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı cüzi artıb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 6-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,31 dollar (0,5%) çoxalaraq bir barelə 62,25 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi ikinci gün saat 11:00-da 0,17 dollar (0,27%) qalxaraq 62,42 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,39 dollar (0,55%) artaraq bir barelə 71,24 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri 11:00-da 0,04 dollar (0,06%) enərək bir barelə 71,20 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər