330x110
 

Rusiya, Türkiyə və Azərbaycan dəmiryol şirkətlərinin rəhbərləri əməkdaşlıq haqqında üçtərəfli memorandum imzalayıblar

07.05.2019,12:30


7 may Fineko/abc.az. Ankarada Azərbaycan, Rusiya və Türkiyə dəmir yolları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

RDY-in məlumatında deyilir ki, sənədi Rusiya Dəmir Yollarının İdarə heyətinin sədri və Baş direktoru Oleq Belozyorov, Türkiyə Dövlət Dəmiryolları Baş direktoru Əli İhsan Uyğun və Azərbaycan Dəmir Yolları QSC-in sədri Cavid Qurbanov imzaladılar.

“Memorandum, Bakı-Tbilisi-Qars marşrutu boyunca müntəzəm dəmir yolu nəqliyyatının təmin edilməsi, iqtisadi əsaslandırılmış tariflərin yaradılması və yeni yük bazasının cəlb edilməsi üzrə birgə tədbirlərin görülməsini nəzərdə tutur”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, bu məqsədlə tərəflər Axalkalaki (Gürcüstan) - Kars hissəsində, Türkiyədə 76 km uzunluğunda, Qarsda terminal və logistika mərkəzində 1520 mm olan ikinci bir dəmir yolunun inşaatı üçün bir layihənin həyata keçirilməsi imkanını nəzərdən keçirəcəklər.

“İmzalanmış memorandum Azərbaycan dəmir yolçularının rəhbərliyi altında inşa edilən Bakı-Tbilisi-Qars xətti ilə daşımaların inkişafı üçün yol açır. Bu isə, Türkiyənin keçmiş SSRİ ölkələrinin, eləcə də Finlandiya, Bolqarıstan və İranın bir-biri ilə sıx əməkdaşlıq edən dəmir yollarının ümumi texnoloji sahəsinə qoşulması deməkdir”, - imzalanma mərasimində RDY ASC-in rəhbəri Oleq Belozyorov belə deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ilə Türkiyə arasında illik 6 milyon ton yük və dəmir yolu daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 20 milyon ton yük daşınıb.

“Eyni zamanda Transsibdən Koreya Respublikası, Çin Xalq Respublikası və digər APR ölkələrindən göndərilən yüklər Bakı-Tbilisi-Qars dəhlizi ilə gedəcək”, - Oleq Belozyorov əlavə edib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəhlizinin daha da inkişaf etdirilməsi müntəzəm konteyner daşımalarının təşkili üçün zəruri şərtlər yaradacaq və Avrasiya nəqliyyat dəhlizlərinin sisteminə Türkiyəni daxil edəcək, yeni yüklər əlavə olunacaq, beynəlxalq logistikanın inkişafı üçün yeni imkanlar yaranacaq.