Rusiya və Türkiyə BTQ ilə daşımaların inkişaf etdirilməsi üçün birgə müəssisə yaradacaq

14:50 - 7.05.2019


7 may, Fineko/abc.az. “RDY Logistik” SC və Türkiyənin logistika operatoru, “Pasifik” inşaat holdinqinin törəmə şirkəti “Pasifik Eurasia Logistics” («PASİFİK EURASİA LOJİSTİK DIŞ TİCARET A.Ş.»), Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolu xətti ilə yüklərin çatdırılması üçün logistika marşrutlarının inkişaf etdirilməsi üçün birgə müəssisə yaratmağı qərara aldı.

"RDY Logistik" SC-nin məlumatına görə, müvafiq memorandum Rusiya Dəmir Yolları İdarə Heyətinin sədri və Baş direktoru Oleq Belozyorov ilə bazar ertəsi günü Ankarada keçirilmiş və BTQ marşrutu boyunca müntəzəm dəmir yolu nəqliyyatının inkişafına həsr olunmuş Türkiyə və Azərbaycan dəmiryol şirkətlərinin rəhbərləri arasında görüş çərçivəsində imzalanıb.

“Sənədi “Rusiya Dəmir Yolları Logistik”in baş direktorunun birinci müavini Eduard Alırzayev və “Pacific Eurasia Logistics”in Baş Direktoru Fatih Nusret Dur imzaladı. Tərəflər razılaşdılar ki, birgə müəssisənin yaradılmasının məqsədi nəqliyyat-logistika fəaliyyəti və Rusiya Federasiyası ilə Türkiyə arasında ticarətin gələcək inkişafı olacaq və əsas vəzifələr Bakı-Tbilisi-Qars dəhlizi boyunca nəqletmə üçün Rusiya və Türkiyədə yük bazasının cəlb edilməsi, habelə müştərilərə geniş logistika xidmətləri təqdim eibarət olacaq”, - deyə məlumatda bildirilir.

 

Bütün xəbərlər