ARDNF aprel ayı ərzində 423,7 milyon dollarlıq valyuta satıb

15:24 - 7.05.2019


7 may Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını davam etdirir.

ARDNF-nin məlumatına görə, aprel ayında valyuta tirajlarında 423,7 milyon dollar, martda 600,5 milyon dollar, fevralda 316,2 milyon dollar, yanvar ayında isə 634,9 milyon dollar satmışdı.

2019-cu ilin 4 ayı ərzində ARDNF birjada 1975,3 milyon dollar satmış, 2018-ci ildə 6460,4 milyon dollar, 2017-ci ildə isə 3597,8 milyon dollar satmışdı.

 

Bütün xəbərlər