İlham Əliyev Qobustan rayonunda yaşayış binasının, məktəbinin və yolunun tikintisi üçün 7 milyon manat ayırıb

07.05.2019,16:45


7 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Qobustan şəhərində yaşayış şəraitinin yaxşılaşdırılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 48 yaşayış binasının tikintisi üçün Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılacaq.

Dövlət başçısı həmçinin Qobustan rayonunun Sündü kəndində 360 nəfərlik məktəb binasının tikintisi üçün 2 milyon manat Təhsil Nazirliyinə və Bakı-Şamaxı-Yevlax-Ərəbqədim-Göydərə yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayırıb.