Maliyyə Nazirliyi 20 milyon manatlıq DOİ yerləşdirdi

17:39 - 7.05.2019


7 may, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, mayın 7-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105008756 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 96.6274 AZN (9.90%) və 100.9130 AZN (7.5%) olan 33 010,2  min manat məbləğində 17 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.4192 AZN (8.88%), orta ölçülmüş qiyməti 98.5851 AZN (8.78%) müəyyən edilmişdir.

Nəticədə 20 milyon manat həcmində DOİ yerləşdirilmişdir.

İstiqrazların ödəmə tarixi 4 may 2021-ci il.

 

Bütün xəbərlər