Azərbaycan ixrac missiyasını Dubaya göndərəcək

11:35 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. 3-7 dekabr tarixlərində Azərbaycan Dubay şəhərinə ixrac missiyasını göndərəcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan şirkətləri "WOP Dubai" meyvə-tərəvəz sərgisində iştirak edəcəklər.

"Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir”, - məlumatda belə deyilir.

Həmçinin, məhsul ixracı mövzusunda ikitərəfli danışıqlar aparılacaq.

Qeyd edək ki, bu, Azərbaycan tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə  təşkil olunmuş 12-ci ixrac missiyasıdır.

 

Bütün xəbərlər