Neftin qiymətləri azaldı

10:17 - 8.05.2019


8 may, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,18 ABŞ dolları və yaxud 1,57% azalıb və bir barelinin qiyməti 73,79 dollar təşkil edib..

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 7-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,85 dollar (1,37%) azalaraq bir barelə 61,40 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi çərşənbə günü saat 09:20-də 0,49 dollar (0,8%) qalxaraq 61,89 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 1,36 dollar (2,91%) düşərək bir barelə 69,88 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri çərşənbə günü saat 09:20-də 0,40 dollar (0,57%) qalxaraq bir barelə 70,28 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər