2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçılar 201 milyon manat topladılar

10:37 - 8.05.2019


8 may, Fineko/abc.az. Azərbaycanın sığorta şirkətləri 2019-cu ilin birinci rübündə 201.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 46.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) məlumatına əsasən,  könüllü sığorta bazarı üzrə haqlar 129 947,5 min manat, ödənişlər isə 29 912,1 min manat təşkil edib.

“İcbari sığorta bazarı üzrə haqlar 71.2 mln. manat, ödənişlər isə 16.3 mln. manat olub. 2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64.6%-i könüllü, 35.4%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  64.7%-i könüllü, 35.3%-i icbari sığorta növləri hesabına formalaşıb”, - məlumatda belə deyilir.

2019-cu ilin aprel ayının əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 22 sığorta şirkətinin lisenziyası var.

 

Bütün xəbərlər