Azərbaycan Dünya Neft Şurasının 2023-cü ildə keçirəcəyi Konqresə ev sahibliyini irəli sürüb

11:52 - 8.05.2019


8 may, Fineko/abc.az. Azərbaycanın Dünya Neft Şurasının (WPC) 2023-cü ildə keçirəcəyi Konqresə ev sahibliyi irəli sürülüb.

Bu barədə mayın 8-də “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin (İB) iclasında qərar qəbul edilib.

Energetika naziri, “Azərbaycan Milli Neft Komitəsi” İB-in sədri Pərviz Şahbazov deyib ki, “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyin 19 nəfərdən ibarət idarə heyəti yekdilliklə bu qərarı qəbul edib.

Qeyd edək ki, “Azərbaycan Milli Neft Komitəsi” İB 2005-ci ildə təsis edilib və həmin il Yohanesburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır.

 

Bütün xəbərlər