Cəbhəboyu zonadakı raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb

11:37 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

Məlumatda həmçinin qeyd edilir: “Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub”.

Müxtəlif  qoşun növlərinin döyüşə hazırlıq səviyyəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən keçirilir.

 

Bütün xəbərlər