Pərviz Şahbazov: İndiyədək Azərbaycanda 2 milyard 58 milyon ton neft çıxarılıb

12:10 - 8.05.2019


8 may, Fineko/abc.az. “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin (İB) iclasında Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, bu vaxtadək Azərbaycanda 2 milyard 58 milyon ton neft hasil edilib.

Nazir bildirib ki, həmin həcmin 746 milyon tonu müstəqillik illərində çıxarılıb. Hazırda ölkədə gündəlik neft istehsalı 770 min barreldir.

 

Bütün xəbərlər