Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə IFC arasında Anlaşma Memorandumu layihəsi hazırlanıb

12:28 - 8.05.2019


8 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə baş regional meneceri Yan van Bilsen və təşkilatın digər nümayəndələrini qəbul edib.

Görüş zamanı IFC-nin “Azərbaycan investisiya mühiti və aqrobiznes rəqabətliliyi layihəsi”ndən bəhs olunub. Layihənin əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasına, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyaların və prosedurların mənimsənilməsinə və s. dəstək baxımından önəmi vurğulanıb.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, hazırlanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Anlaşma Memorandumu” layihəsi müzakirə olunub.

 

Bütün xəbərlər