Azərbaycan və Hindistan miqrasiya sahəsində problemləri müzakirə ediblər

13:11 - 8.05.2019


8 may, Fineko/abc.az. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata əsasən, Vüsal Hüseynov və Bavitlunq Vanlalvavna miqrasiya sahəsində mövcud olan problemləri və onların həlli yollarını müzakirə ediblər.

“Görüşdə “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsi ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda belə deyilir.

Vüsal Hüseynov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini diqqətə çatdırıb, vətəndaş məmnunluğunun və  şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib.

 

Bütün xəbərlər