Bu ilin birinci rübü üzrə bankların cəmi aktivləri 29,846.9 mln. manat təşkil edib

15:21 - 8.05.2019


8 may, Fineko/abc.az. 31 mart 2019-cu il tarixinə Azərbaycan banklarının cəmi aktivləri 29,846.9 mln. manat, cəmi öhdəlikləri isə 25,533.2 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,313.7 mln. manat olub.

Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq12,714.4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.

Bütün xəbərlər