Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara 1,5 mln. manatdan çox güzəştli kredit verilib

17:13 - 8.05.2019


8 may, Fineko/abc.az. Mayın 8-də Qubada işgüzar forum keçirilib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu ilin ötən dövründə 345 sahibkarın ümumi dəyəri 98,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 37 mln. manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlərin 65%-i aqrar sektorun, 35%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib.

Forumda verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 204,1 mln. manat güzəştli kredit ayrılıb.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 70-dən çox iş yeri açılmasına imkan yaradacaq.

 

Bütün xəbərlər