Bakcell müharibə veteranlarına həsr olunmuş sərgiyə dəstək göstərib

17:27 - 8.05.2019


8 may, Fineko/abc.az. Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətiBöyük Vətən müharibəsi veteranlarından bəhs edən sərgiyə dəstək göstərib.

9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi“Baki Metropoliteni” QSC tərəfindən“Bakcell”indəstəyilə “Gənclik” stansiyasının keçidlərində təşkil edilib. Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarınfotolarından ibarət tablolar nümayiş olunur.Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənir.

Müharibə iştirakçıları haqqında daha ətraflı məlumat almaq üçün sərgidəki şəklin altında yerləşdirilənQR koddan istifadə etmək lazımdır.

Sərginin açılışı may ayının 7-də “Bakı Metropoliteni” QSC-nin və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranların iştirakı ilə keçirilib.


Bütün xəbərlər