Azərbaycan prezidenti Xorvatiyanın nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ

14:57 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Xorvatiya Respublikasının Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Hazırda Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq haqqında  yeni sazişə dair danışıqlar aparılır və bu sənəd,  qarşılıqlı əməkdaşlığın bütün sahələrini, o cümlədən, siyasət, iqtisadiyyat, energetika və mədəniyyət sahələrini əhatə edəcək”, - deyə  İ.Əliyev görüşdə qeyd edib.

Prezident,  Bakı ilə Zaqreb şəhəri arasında  energetika sahəsində ikitərəfli əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu  qeyd etdi.

İlham Əliyev müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının əhəmiyyətini vurğuladı.

M. Daliç Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsini qiymətləndirdi. O, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın  genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu qeyd etdi.

 

Bütün xəbərlər