“Azeri Light” neftinin qiyməti enib

10:22 - 10.05.2019


10 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,32 ABŞ dolları və yaxud 1,78% azalaraq 72,73 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 9-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,42 dollar (0,68%) azalaraq bir barelə 61,70 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi cümə günü saat 09:40-da 0,16 dollar (0,26%) qalxaraq 61,86 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,02 dollar (0,03%) qalxaraq bir barelə 70,39 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə günü saat 09:40-da 0,14 dollar (0,2%) qalxaraq bir barelə 70,53 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər