Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu vaxtı dəyişdirilib

10.05.2019,15:03


10 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vətəndaş qəbulu vaxtı 25 may tarixinə keçirilmişdir.

Komitə sədri Şəki rayonunda sakinlərini fərdi qaydada qəbul edəcək.

Həmin gün Komitənin sədr müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər.