Azərbaycan neftinin qiyməti yüksəlib

10:09 - 13.05.2019


13 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,44 ABŞ dolları və yaxud 1,98% artaraq 74,17 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 10-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,04 dollar (0,06%) azalaraq bir barelə 61,66 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi bazar ertəsi günü saat 09:20-də 0,03 dollar (0,05%) azalaraq 61,63 dollar / barelə təşkil etmişdir.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,23 dollar (0,33%) qalxaraq bir barelə 70,62 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri bazar ertəsi günü saat 09:20-də 0,24 dollar (0,34%) qalxaraq bir barelə 70,86 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər