Azərbaycanın aşağı büdcəli aviaşirkəti Bakı-Ufa-Bakı birbaşa reysi açıb

13:08 - 13.05.2019


13 may, Fineko/abc.az. Azərbaycanın yeganə aşağı büdcəli aviaşirkəti Buta Airways mayın 12-də Bakıdan Ufaya birbaşa ilk reys həyata keçirib.

Şirkətdən xəbər verildi ki, Bakı-Ufa-Bakı reysi cümə axşamı və bazar günləri həyata keçiriləcək.

“Bir istiqamətdə minimum ödəniş 29 avrodur”, - deyə şirkətdən bildirilib.

 

Bütün xəbərlər