Paytaxtın bir sıra yollarında təmir və rənglənmə işləri aparılır

13.05.2019,15:01


13 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsaəsn Bakı-Ələt-Qazax Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bayraq Meydanı ərazisindən başlayaraq 120-ci kilometrlik hissəsinədək yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa, paytaxtın Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmir Yolu vağzalının qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.