12:43 - 29.11.2017
29 noyabr, Fineko/abc.az. Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketin işə salınması haqqında NATO-un Baş katibinin bəyanatı dərc edilib.
“Mən, Şimali Koreya tərəfindən keçirilmiş ballistik raketin yeni sınağını qətiyyətlə qınayıram. Bu, regional və beynəlxalq təhlükəsizliyini pozan, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin daha bir pozuntusudur.
Noyabr ayında mən NATO-un regional tərəfdaşlarına, Yaponiya və Koreya Respublikasına baş çəkdim, və biz birlikdə Şimali Koreyaya, növbəti təxribatlardan çəkinməyi və özünün nüvə və raket proqramlarından imtina etməyi israrla tövsiyə etdik. Bu gün mən bu çağırışı bir daha təkrarlayıram.
Şimali Koreya beynəlxalq cəmiyyətlə təkrar və konstruktiv dialoqa daxil olmalıdır”, - bəyanatda belə deyilir.
29 noyabr 2017-ci il tarixində təxminən saat 3:20-də Şimali Koreya uzaq mənzilli ballistik raketinin yeni buraxılışını həyata keçirdi. Start götürən raket təxminən 50 dəqiqə uçuşda qaldı, sonra onun qırıntıları Yaponiyanın müstəsna iqtisadi zonasında, Aomori şimal prefekturasının sahilindən 250 kilometr kənarda yerə düşdü.
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024