Azərbaycan Sakit okean Alyansının müşahidəçi statusu alıb

15:48 - 13.05.2019


13 may, Fineko/abc.az. Azərbaycan Sakit okean Alyansının (Pacific Alliance) müşahidəçi statusu alıb.

Azərbaycanın XİN-dən verilən məlumata əsasən, qərar, 2019-cu ilin 10 may tarixində Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə qəbul edilib.

“Bakı xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.”, - məlumatda belə deyilir.

Azərbaycan Alyansda 57-ci müçahidəçi ölkə olmuşdur.

Sakit okean Alyansı Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən iqtisadi blokdur.

 

Bütün xəbərlər