Cari ilin ilk rübündə Azəri-Çıraq-Günəşli yatagından 7 mln. ton neft hasilatı olub

16:11 - 13.05.2019


13 may, Fineko/abc.az. 2019-cu ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 138 milyon dollar əməliyyat məsrəfləri və  279 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma  gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

Birincü rüb üçün AÇG-dən hasilat ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton olub.

Rüb ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 milyon kubmetr, ümumilkdə isə 0,5 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Bütün xəbərlər