Səngəçal terminalından 47 mln. kubmetr Şahdəniz qazı ixrac edilib

16:24 - 13.05.2019


13 may, Fineko/abc.az. Səngəçal Terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 69 milyon bareldən çox neft və kondensat, o cümlədən 61 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 milyon standart kubmetr (təqribən 1656 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bütün xəbərlər