Cənubi Qafqaz Boru Kəmərinin orta ötürücülük gücü 30 mln. kubmetrdən çox olub

16:43 - 13.05.2019


13 may, Fineko/abc.az. 2019-cu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat xərcləri və 17 milyon dollar əsaslı xərclər sərf edilib.

2019-cu ilin birinci rübü ərzində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olmuşdur.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

Bütün xəbərlər