"AXA MBASK" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

17:29 - 13.05.2019


13 may, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, "AXA MBASK" Sığorta Şirkəti ASC-nin müraciəti əsasında idarə heyətinin eyni tarixli qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və MBNP-nin Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq "AXA MBASK" Sığorta Şirkəti ASC-yə "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə "AXA MBASK" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Bütün xəbərlər