“Met-Ak” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

17:49 - 13.05.2019


13 may, Fineko/abc.az.  Mayın 13-də Bakı Fond Birjasının (BFB) listinq komitəsinin qərarı ilə "Met-Ak" MMC-nin hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların yerləşdirilməsi mayın 17-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların hərraca çıxarılan həcmi 3 milyon AZN, nominal dəyəri 1000 АZN, hərrac qiyməti 1000 AZN, tədavül müddəti 365 gün, faiz dərəcəsi 10 faiz, faiz ödənişlərinin müddəti hər bir təqvim ayından bir olacaq. "Unicapital İŞ" ASC anderrayter vəzifəsində çıxış edir.

 

Bütün xəbərlər