Azərbaycan nefti bahalaşıb

09:54 - 14.05.2019


14 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,07 ABŞ dolları və yaxud 0,09% artaraq 74,24 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,62 dollar (1%) azalaraq bir barelə 61,04 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi çərşənbə axşamı saat 09:20-də 0,17 dollar (0,28%) artaraq 61,21 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,39 dollar (0,55%) azalaraq bir barelə 70,23 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri bazar ertəsi günü saat 09:20-də 0,22 dollar (0,31%) qalxaraq bir barelə 70,45 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər