Azərbaycanda dövlət müəssisələrinin səhmləri satılacaq

14.05.2019,22:29


14 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitənin məlumatında deyilir ki, hərrac zamanı kiçik dövlət müəssisələri və obyektləri, tamamlanmamış tikililər və nəqliyyat vasitələri özəlləşdirilib.

Mayın 21-də keçiriləcək növbəti hərracda  dövlət iştirakçılığı ilə, 19 səhmdar cəmiyyətin səhmləri çıxarılacaq, onlardan  8-i inşaat sektorunda, 6-i kənd təsərrüfatı, 5-i sənayedə, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərir.