Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

14:53 - 29.11.2017


29 noyabr, Fineko/abc.az. Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşü planlaşdırılır.

"Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq", - Müdafiə Nazirliyinin xəbərində belə deyilir.

Səfər dekabrın 1-nə qədər davam edəcək.

 

Bütün xəbərlər