Maliyyə Nazirliyi 25 milyon manat həcmində DQİ yerləşdirib

12:24 - 15.05.2019


15 may, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, mayın 14-də AZ0104005746ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli DQİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,228,500.00 AZN təşkil etmişdir.

19 investor tərəfindən qiymət intervalı 90.9544 AZN (10 %) və 93.8405 AZN (6.6%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1450 AZN (7.4%), orta ölçülmüş qiyməti 93.1998 AZN (7.3365%) müəyyən edilmişdir.

Nəticədə 25 milyon manat həcmində DQİ yerləşdirilmişdir.

DOİ-in ödəmə tarixi: 12 may 2020-ci il.

 

Bütün xəbərlər