Əli Əhmədov: Azərbaycanda idxalın artması, biznesin əhalinin alıcılıq qabiliyyətinə olan reaksiyasıdır

14:56 - 15.05.2019


15 may, Fineko/abc.az. Azərbaycan Respublikası Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxalın artması, daxili istehsalın gözlənilən azalması və artım tempinə dair sözlərə şərh verib.

Baş nazir müavininin sözlərinə görə, idxal artımında pis bir şey yoxdur, xüsusilə də idxal-ixrac əməliyyatlarının müsbət saldosu hələ də davam edir.

“Əslində, idxalın artması yerli istehsalın çətinlikləri ilə heç bir əlaqəsi yoxdur, əksinə, bu, biznesin aktiv şəkildə reaksiya verdiyi əhalinin alıcılıq qabiliyyətinin və həyat səviyyəsinin artması ilə izah olunur», - deyə Ə.Əhmədov qeyd edib.

 

Bütün xəbərlər