Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolunun 417 km hissəsi təmir olundu

15:13 - 29.11.2017


29 noyabr, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” (ADY) QSC, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirini davam etdirir. ADY-dan verilən məlumata görə,  Kürəkçay-Dəliməmmədli  mənzilində  11,5 km yolun əsaslı təmirinə start verilib.

“Təmir işləri 2  həftə davam edəcək və dekabrın ortalarında başa çatdırılacaq”, - məlumatda belə deyilir.

14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır. Bu günə kimi 417 km dəmir yolu əsaslı təmir olunub.

 

Bütün xəbərlər