Azərbaycan Mərkəzi Bankı rəqəmsal transformasiya planı hazırlayır

13:13 - 16.05.2019


16 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) iki əhəmiyyətli layihənin üzərində çalışdığını elan etdi.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin Maliyyə və texnologiya sammitində ("Fintex Sammit") verdiyi məlumata görə, bu, ödənişlərin 5-10 saniyə ərzində həyata keçirilməsinə imkan verəcək ani ödəniş sisteminin yaradılması üzrə layihədir.

“Həmçinin Bank bank sektorunda xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına təkan verəcək blok-çeyn platformasında identifikasiya sisteminin yaradılması üzərində işləyir”, - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya planının hazırlanması üzrə xarici ekspertlərin iştirakı ilə işlər davam edir.

 

Bütün xəbərlər