Azərbaycan iqtisadiyyatı 2,1% artıb

13:16 - 16.05.2019


16 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycan 23 813,4 milyon manat həcmində ÜDM istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 2,1% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə adambaşına düşən ÜDM 2 411,8 manat təşkil edib.

“ÜDM-in 46,5 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,  6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faiz tikinti sahəsi, 3,1% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6% - turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8% -i informasiya və kommunikasiya sahələri, 14,6% -i digər sahələr təşkil edib. Məhsul üzrə vergilər və idxal ÜDM-in 9 faizini təşkil edib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər