“AFB Bank” 2018-ci ili 21 654 000 manat mənfəətlə bitirib

14:30 - 16.05.2019


16 may, Fineko/abc.az.  AFB Bankın İdarə Heyətinin Sədri Aydın Hüseynov 2018-ci il üzrə bankın maliyyə nəticələrini açıqlayıb. Onu sözlərinə görə “AFB Bank” 2018-ci ili  21 654 000 manat mənfəətlə bitirib. Bank tərəfindən müştərilərə verilən kreditin həcmi 194 305 000 manat, bankın aktivləri 417 530 000 manat, məcmu kapitalı isə 84 937 000 manat təkil edib. “2018-ci ilin nəticələrinə əsasən “AFB Bank” aktivlərinin gəlirliyinə görə 2-ci, kapital gəlirliyinə görə isə banklar arasında 3-cü yerdədir”- deyə A.Hüseynov bildirib.

Bütün xəbərlər