İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15:45 - 16.05.2019


16 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısının internet saytında verilən məlumatına görə, Azərbaycan prezidenti Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

“O, iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirdi”, - məlumatda belə deyilir.

Dövlət başçısı Radek Vondraçekin Azərbaycana səfəri səmərəli olacağına və Azərbaycan-Çexiya münasibətlərinin möhkəmlənməsinə səbəb olacağına əminliyini ifadə etdi.

Radek Vondraçek qeyd edib ki, Çexiya Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatları alqışlayır. O, Çexiyalı investorların Azərbaycana böyük maraq göstərdiyini bildirdi.

Həmsöhbətlər həm ikitərəfli, həm də Avropa İttifaqı əməkdaşlığı çərçivəsində Azərbaycan-Çexiya münasibətlərinin uğurla inkişaf etdiyini və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyini vurğuladılar.

 

 

Bütün xəbərlər