Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndəsini qəbul etdi - YENİLƏNDİ

16:37 - 29.11.2017


29 noyabr, Fineko/abc.az.Azərbaycan  Prezidenti İlham Əliyev noyabrın 29-da CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixi qəbul edib.

Qay Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə səmərəli əməkdaşlıq etdiyini dedi. O, qeyd etdi ki, Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlər davam edir.

İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd etdi.

 

 

Bütün xəbərlər