Gəncədə körpülərinin bərpası üçün 6,4 milyon manat ayrılıb

17:31 - 16.05.2019


16 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 6,4 milyon manat ayrılması barədə sərəncam verib.

Vəsaitlər, Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpasına yönləndiriləcək.

Bu məqsədlərə yönəldilən vəsaitlər 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan ayrılacaq.

Müvafiq sərəncam, dövlət başçısının saytında cümə axşamı günü dərc olunub.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Bütün xəbərlər